Dünya

Lənkəranda 9 yaşlı qızı maşın vurub - FOTO

29 Avqust 2016 16:48
1 Şərh     Baxış: 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə şəhərin "Kiçik bazar" məhəlləsində qeydə alınıb. 

Belə ki, Lənkəranın Göyşaban kənd sakini 51 yaşlı Mətləb Rzayevin idarə etdiyi "KIA-Sorento" markalı, 42-BR-640 dövlət qeydiyyat nömrə nişanlı avtomaşın yolu keçmək istəyən əslən İmişli rayonundan olan, Lənkəranda kirayədə yaşayan 9 yaşlı Aysu Rafiq qızı Hüseynlini vurub. Sürücü yaralını Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (RMX) çatdırıb. Xəstəxanadan bildirilib ki, A.Hüseynli qapalı kəllə-beyin travması alıb və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.