Dünya

Müharibədə itən oğlunu 26 ildən sonra tapdı

29 Avqust 2016 17:12
5 Şərh     Baxış: 20 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Küveytdə yaşayan Bəndər Matiri adlı şəxs 1990-cı ildə İraq işğalı ərəfəsində itirdiyi oğlunu 26 ildən sonra tapıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, anası Mahiri Bəsrəyə aparanda cəmi 1 yaşı olub:
 
"1990-cı ildə iraqlı həyat yoldaşımdan ayrılanda Mahir 1 yaşında idi. Elə həmin il İraq Küveyti işğal etdi. Beləcə əlaqəmiz kəsildi".
 
Küveyt müharibəsi bitdikdən sonra Mahiri xeyli axtardığını deyən Matiri bir neçə dəfə Bəsrəyə getsə də, oğlunu tapa bilməyib:
 
"Təxminən iki il öncə Mahirin Bəsrədə dayısıgildə yaşadığını və məni görmək istədiyini dedilər. Küveyt Qızıl Aypara Cəmiyyəti və Küveytin Bağdaddakı səfirliyinin köməkliyi ilə iki gün öncə oğluma qovuşdum. Çox xoşbəxtəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.