Dünya

Türkiyənin ABŞ-dan gözlədiyi cavab gəldi

29 Avqust 2016 16:20
0 Şərh     Baxış: 5 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pentaqon Cerablusun cənubundakı vəziyyəti narahatlıqla izlədiyini açıqlayarkən Türkiyənin bölgədəki fəaliyyətinin ABŞ ilə koordinasiyalı olmadığını bir daha xatırladıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi İŞİD-in olmadığı bu bölgədə silahlı qarşıdurmaları qəbuledilməz hesab edib.

Xatırladaq ki, vaxtı ilə İŞİD-in nəzarətində olan Cerablus Türkiyə silahlı qüvvələri və Azad Suriya Ordusu tərəfindən terrorçulardan təmizlənib. Hal-hazırda da Türkiyənin döyüş təyyarələri, tankları İŞİD və YPG tərəfindən nəzarət altında olan Cerablusun cənub və qərbindəki bölgələri terrorçulardan təmizləmək üçün əməliyyatlarını davam etdirir.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyə səfəri zamanı Cerablus əməliyyatını ABŞ-ın dəstəklədiyini ifadə etmişdi. Daha sonra ABŞ tərəfi YPG-yə kəşfiyyat dəstəyini dayandırdığını açıqlamışdı.

Təhməz Təkin

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.