Dünya

Canlı efirdə bu da oldu - Ekspertdən "dəlilik" - VİDEO

29 Avqust 2016 16:46
0 Şərh     Baxış: 2 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "A Spor" telekanalında canlı efir zamanı maraqlı olay hər kəsin gülüşünə səbəb olub.

Milli.Az milliyet-ə istinadən bildirir ki, adıçəkilən telekanalın Türkiyə Super Liqasından sonra efirə canlı yayımlanan "Komanda oyunu" verilişində ekspert qismində əyləşən, hər zaman çılğın hərəkətləri ilə yadda qalan Erman Toroğlu bu dəfə də öz ampluasında olub. 

Belə ki, ekspert canlı efirdə oyunlardan birinin qol epizodunu şərh edərkən studiyadakı topu əlinə götürərək "Vurduğun zaman bu gedər" deyərək topa baş zərbəsi endirib. Bu an top verilişin aparıcısı Sərkan Korkmazın üzünə dəyib.

Bu epizoddan sonra ekspertlə aparıcı arasında baş tutan dialoqu özünüz izləyin:

Təhməz Təkin

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Canlı efirdə bu da oldu - Ekspertdən

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.