Dünya

Yolun ortasında dayanan gənci avtomobil belə vurdu - VİDEO

29 Avqust 2016 15:55
2 Şərh     Baxış: 1 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əksər hallarda yolun hərəkət hissəsində baş verən yol qəzalarında sürücülər elə yolun ortasındaca dayanıb ya mübahisə edirlər, ya da hadisə yerinə yol polisinin və sığorta agentinin gəlməsini gözləyirlər. Lakin bu, olduqca təhlükəlidir.

Milli.Az bildirir ki, avtosfer.az-ın təqdim etdiyi bu video belə halların nə qədər təhlükəli olduğunu bir daha təsdiq edir. Videodan da göründüyü kimi, yolda iki avtomobil toqquşub və sürücülər maşınları yolun ortasında saxlayaraq nəyisə aydınlaşdırmağa çalışırlar. Bu zaman arxadan gələn daha bir maşın onlara dəyir. Digər avtomobil isə toqquşmadan yayınmaq istəyərkən yolun ortasında dayanmış sürücünü vurub asfalta sərir. Belə vəziyyətdə vuran yox, yolun ortasında şou göstərənlər məsuliyyət daşımalıdırlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yolun ortasında dayanan gənci avtomobil belə vurdu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.