Dünya

"Allahu-əkbər!" qışqırdı, keşişi baltaladı - VİDEO - FOTO

29 Avqust 2016 11:56
1 Şərh     Baxış: 3 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyada katolik kilsəsində terror partlayışı törətməyə çalışan, sonra da keşişi baltalayan 18 yaşlı gənc həbs olunub.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, olay Şimali Sumatra adasının paytaxtı Medan şəhərində yerləşən Müqəddəs İosif kilsəsində yaşanıb.
18 yaşlı gənc kilsədə ibadət edən yerli katoliklər arasında idi. Qəflətən o, yerindən durub və keşiş Albert Pandianqana tərəf qaçıb. Bu zaman o, bel çantasındakı partladıcı qurğunu işə salıb.
Lakin qurğu partalamayıb. Bu zaman həmin gənc "Allahu-əkbər!" qışqırıb və çantasından baltasını çıxararaq keşişi vurub. 
Keşiş kiçik xəsarət alaraq qurtulub, çünki kilsədəki katoliklər terrorçunun üstünə atılaraq onu tutmuşdular.
Hücumun motivi hələlik bəlli deyil. Lakin terrorçuda İŞİD simvolikası vardı.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.