Dünya

Hindistanda daşqınlar: 156 nəfər ölüb, 1,4 milyon nəfər zərər çəkib - YENİLƏNİB

28 Avqust 2016 23:46
1 Şərh     Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:46

Hindistanın şərqində yerləşən Bihar ştatında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 156 nəfərə çatıb, təqribən 1 milyon 400 nəfər yerli sakin əmlakını və evini itirib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi məlumat yayıb.

Məlumata görə, "təkcə ötən gün ərzində 3 vətəndaşın öldüyü qeydə alınıb, son iki həftə ərzində daşqın qurbanlarının sayı ən azı 156 nəfərə çatıb".

Ümumilikdə təbii fəlakətdən Bihar ştatının 12 dairəsinin 2024 kəndində təqribən 1,4 milyon nəfər zərər çəkib. Güclü sel 8 mln. hektar kənd təsərrüfatı sahəsini su altında qoyub, yolları yuyub aparıb, onlarla körpü ciddi şəkildə zədələnib və ya dağılıb.

Xilasedicilər qayıqlarda təhlükəli yerlərdə qalan 556 min nəfəri təxliyə ediblər, onların 303 mini 598 müvəqqəti yaşama düşərgəsinə yerləşdirilib, digərləri qohum və dostlarının evində özlərinə sığınacaq tapıblar.

Daşqınlar ştat ərazisindən keçən altı böyük çayda, o cümlədən Qanqda musson yağışları səbəbindən suyun səviyyəsinin artması nəticəsində yaranıb.

23:21

Hindistanın Bihar ştatında baş verən daşqınlar nəticəsində 156 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iki həftə ərzində təbii fəlakətdən 1 milyon 400 min nəfər zərər çəkib.
 
Ştatda tüğyan edən daşqınlar 8 milyon hektar əkin sahəsini, avtomobil yollarını su altında qoyub, onlarla körpünü uçurub. Təbii fəlakət zonasından ümumilikdə 556 min nəfər təxliyə olunub, 303 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.
 
Qeyd edək ki, daşqınlara səbəb yağan şiddətli yağışlar nəticəsində altı çayın  məcrasından çıxması olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.