Dünya

Ərdoğan: "Fərat Qalxanı" əməliyyatı PYD-nin tam ləğvinə qədər davam edəcək

28 Avqust 2016 22:39
1 Şərh     Baxış: 2 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib ki, " Fərat Qalxanı " əməliyyatı "Demokratik ittifaqı" (PYD) ləğv olunana qədər davam edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyə prezidenti qeyd edib ki, "İslam dövləti" terror təşkilatı ilə Carablusda, Başikdə, lazım olarsa başqa yerlərdə də mübarizə aparılacaq.

Qeyd edək ki, Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında Hələbə yaxın yerləşən Carablus şəhərinin İŞİD silahlılarından azad edilməsi əməliyyatları çərçivəsində Suriya ərazisinə daxil olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.