Dünya

Qaraçılar kənddə qiyama səbəb oldular: 7 ev dağıdılıb - VİDEO - FOTO

28 Avqust 2016 17:58
1 Şərh     Baxış: 3 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Odessa vilayətindəki Loşinovka kəndində 9 yaşlı qızın qətlə yetirilməsi kütləvi iğtişaşlara səbəb olub. Yerli sakinlər qaraçıların evlərinə hücum çəkiblər.

Milli.Az Odessa şəhərinin saytına istinadən bildirir ki, Loşinovka sakinləri kənddəki bütün qaraçıların dərhal çıxarılmasını tələb edirlər.

9 yaşlı qızın qətlində 21 yaşlı qaraçı şübhəli bilinir. Onun qızı zorlayandan sonra öldürdüyü istisna edilmir.

Kəndlilər üç qaraçı qadının Loşinovkaya qayıtdıqlarından xəbər tutanda onları öldürmək istəyiblər. Olaya polislər müdaxilə edib.

Kənddəki situasiya avqustun 26-da, Loşinovkanın kənarında atılmış evlərdən birində 9 yaşlı qızın cəsədi tapılandan sonra gərginləşib.

Kənd sakinlərinin dediklərinə görə, qaraçılar Loşinovkada üç il əvvəl peyda olublar və o vaxtdan bəri narkotik maddələr satır, oğurluq və quldurluq edir, kənd sakinlərini döyür və hədələyirlər. Kəndlilər polisə dəfələrlə şikayət etsələr də, bir nəticə hasil olmayıb.

Kənddə 12 qaraçı ailəsinin yaşadığı 7 ev darmadağın edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.