Dünya

Kiyevin mərkəzində partlayış və atışma səsləri - VİDEO - FOTO

28 Avqust 2016 15:24
0 Şərh     Baxış: 1 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevin mərkəzində, "Kazbek" restoranının yaxınlığında atışma və partlayış səsləri eşidilib.

Milli.Az bildirir ki, ukraynalı iş adamı Vsevolod Kojemyako Facebook səhfiəsində belə yazıb.

"Kiyevdəki Lesya Ukrainka bulvarı "Kazbek" restoranının yaxınlığında bağlanıb. Bir neçə güclü partlayış səsi eşidildi. Avtomatlardan atəş açırlar"Ö, - Kojemyako yazıb.

O, az sonra bildirib ki, partlayış və atışma səsləri antiterror təlimləri ilə bağlıdır.

Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, Lesya Ukrainka bulvarında, İsrail səfirliyinin yaxınlığında antiterror təlimləri keçirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kiyevin mərkəzində partlayış və atışma səsləri

Kiyevin mərkəzində partlayış və atışma səsləri  -1

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.