Dünya

Türkiyədə məşum terakt: 11 şəhid, 70 yaralı - VİDEO - FOTO

27 Avqust 2016 23:04
1 Şərh     Baxış: 2 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Şırnak vilayətindəki Cizre rayonunda polis kontrol nöqtəsinə kürdlərin PKK terror təşkilatının mənsublarının içi partladıcı maddə dolu yük maşını ilə hücumu nəticəsində 11 polis şəhid olub, 78 polis əməkdaşı yaralanıb.
Milli.Az AHT-yə istinadən bildirir ki, Cizrəyə üz tutan bütün avtomobillərin yoxlanıldığı polis nöqtəsinə çatarkən partladılan yük maşınının partlayışı nəticəsində Çevik Qüvvələrin Qrup İdarəsinin binasına ciddi xəsarət dəyib.
Partlayışda Cizre rayon administrasiyasının rəhbəri Ahmet Adanur da yaralanıb.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.