Dünya

İrəvanda Rusiya vətəndaşı saxlanılıb

27 Avqust 2016 22:19
0 Şərh     Baxış: 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrəvan hava limanında ABŞ-ın sorğusu əsasında Rusiya vətəndaşı saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bu barədə "Layf" nəşri hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.  
 
Saxlanılan Sergey Mironovun informasiya texnologiyaları sahəsinin mütəxəssisi olduğu bildirilir. Məlumata görə, ABŞ Sergey Mironovu silah alverində şübhəli bilərək beynəlxalq axtarışa verib. Mironovun həyat yoldaşı saxlanılma barədə Rusiya səfirliyini məlumatlandırıb.  
 
Mironovun vəkili Karen Nersesyan bildirib ki, müdafiə etdiyi şəxsə saxlanılarkən bildirilib ki, o, 50 min dollar məbləğində "çirkli pulların yuyulmasında" və texnologiyaların ötürülməsində şübhəli bilinərək beynəlxalq axtarışa verilib. Vəkilin sözlərinə görə, Mironov Rusiya-Belarus şirkətində video texnologiyalar şöbəsinin rəhbəri vəzifəsində çalışıb və onun hərbi texnologiyalarla əlaqəsi olmayıb.
 
Onun Ermənistanda istirahətdə olduğu, ABŞ-da isə cəmi bir dəfə - 2013-cü ildə bir həftəlik ezamiyyətdə olduğu bildirilir.
 
Hazırda Mironov təcridxanada saxlanılır. Məhkəmədə onun ABŞ-a ekstradisiya olunması məsələsinə bazar ertəsi  baxılacağı bildirilir.
 
Nəşr Mironovun adının İnterpolun beynəlxalq axtarışa elan olunan şəxslərin siyahısında olmadığını iddia edir.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.