Dünya

Yaponiya və Rusiya arasında müzakirələr keçirilib

27 Avqust 2016 19:58
0 Şərh     Baxış: 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NHK televiziya kanalının yaydığı məlumata görə, Yaponiya və Rusiyanın rəsmi nümayəndələri bu ölkələrin liderlərinin görüşü ərəfəsində iki dövlət arasında sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələrin növbəti raundunu keçiriblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya hökumətinin Rusiya ilə münasibətlərə cavabdeh olan rəsmi nümayəndəsi Tikahito Harada avqustun 26-da Moskvada xarici işlər nazirinin müavini İqor Merqulovla görüşüb.

Tərəflər arasında müsbət və səmimi danışıqlar aparıldığını vurğulayan T.Harada yaxın zamanlarda yeni görüşün keçirilməsini arzuladığını bildirib.

Cari ilin mayında Baş nazir Şinzo Abenin Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı tərəflər ərazi məsələsinin həlli ilə bağlı hər iki tərəfi qane edəcək nəticə əldə etməkdən ötrü danışıqlar prosesini sürətləndirmək üçün yeni yanaşmanın vacibliyini qeyd ediblər.

Qeyd edək ki, gələn cümə günü Vladivostokda keçiriləcək iqtisadi forum zamanı Yaponiya və Rusiya liderlərinin görüşü planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.