Dünya

Rusiya Türkiyəyə çarter uçuşlarını bərpa edə bilər

27 Avqust 2016 18:04
0 Şərh     Baxış: 1 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Nəqliyyat Nazirliyi Türkiyəyə çarter uçuşlarına qoyulan məhdudiyyətlərin ləğvi ilə bağlı qərar layihəsini hökumətə təqdim edib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu baş nazirin mətbuat katibi Natalya Timakova deyib. O, hələ qərar layihəsinin imzalanmadığını söyləyib.
 
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, hələlik çarter reyslərinin bərpasından danışmaq tezdir: "Çünki bunun üçün hökumətin qərarı lazımdır". 
 
Turizm agentliklərindən isə "İnterfaks"a deyiblər ki, Rusiya yaxın günlərdə Türkiyəyə çarter uçuşlarını bərpa edəcək: "İki sutka ərzində Türkiyəyə çarter uçuşları tam bərpa oluna bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.