Dünya

Osmanlı sultanının varisi: "Bunu yalnız dəstəkləyə bilərik" - FOTO

27 Avqust 2016 17:44
0 Şərh     Baxış: 1 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çox sevincli gün idi, çox qürurlandıq. Bu gözəl körpüyə babamızın adını veriblər. Belə layihələrin davam etməsini arzulayıram".

Bunu "Report"a açıqlamasında 34-cü Osmanlı sultanı II Abdülhamidin (hakimiyyət illəri 1876 -1909) varisi şahzadə Abdülhamit Kayahan Osmanoğlu bildirib.
O qeyd edib ki, Azərbaycandan, Kiprdən, Makedoniyadan və bir çox başqa ölkələrdən körpünün açılış mərasiminə qonaqlar qatılıblar: "Dostlarımızın bizi tək buraxmadıqlarına görə qürurlandıq. Biz Osmanlının həm qanını daşıyırıq, həm də ruhunu yaşatmağa çalışırıq. Belə layihələrin olması çox gözəldir, qürurvericidir".
Abdülhamit Kayahan Osmanoğlu bildirib ki, Türkiyə dövlətinin Osmanlı sultanlarının adlarını əbədiləşdirilməsi təqdirəlayiqdir: "Zamanında cənab prezidentimiz bu layihə barədə açıqlama vermişdi. Bu da bizi qürurlandırmışdı. Həyata keçirdiyi hər layihədə babalarımızın adını yaşadırsa, bu, lap gözəldir. İnşallah, digər layihələrə də başqa babalarımızın adlarını verərlər. Bunu yalnız dəstəkləyə bilərik".

Xatırladaq ki, ötən gün Türkiyənin İstanbul şəhərində Avropa və Asiya qitəsini üçüncü dəfə bir-birinə birləşdirən və IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsünün açılışı mərasimi keçirilib. Dünyanın ən uzun rels sisteminə malik körpüsünün açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM sədri İsmayıl Qəhrəman, baş nazir Binəli Yıldırım, 11-ci prezident Abdulla Gül, keçmiş baş nazir Əhməd Davudoğlu, həmçinin bəzi xarici ölkələrin yüksək vəzifəli dövlət rəsmiləri qatılıblar.

Körpünün bünövrəsi 2013-cü ilin may ayında atılıb. IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsü 59 metr eni və 1408 metrlik uzunluğu ilə dünyanın ən geniş və uzun rels sisteminə malik "Asma körpü"südür. Körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb. Köprüdən keçən hər avtomobil 3, böyük yük maşınları isə 15 dollar ödəyəcək. Asma körpünün konsept dizaynını və memarlıq işini isə məşhur fransız memarlarıicra edib. Körpüdə tamamlanma işləri yekunlaşıb, test yürüşləri həyata keçirilib.
Ekspertlər "Asma körpü"nün İstanbul tıxacını azaldacağı düşünürlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.