Dünya

İtaliyada zəlzələ nəticəsində ölənlər dəfn edilir

27 Avqust 2016 15:57
3 Şərh     Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada avqustun 24-də baş vermiş zəlzələ nəticəsində ölənlər dəfn edilir. 

"Report" "Euronews"a istinadən xəbər verir ki, ölkədə milli matəm günü elan edilib. Matəm mərasimi üçün təbii fəlakətdən çox zərər görən Askoli Piçeno şəhəri seçilib.
Hadisə qurbanlarının torpağa tapşırılması mərasimində İtaliya prezidenti Serco Mattarella və baş nazir Matteo Rentsi iştirak ediblər.
Askoli Piçeno şəhərinə gəlməmişdən əvvəl ölkə prezidenti ən çox insan itkisinin qeydə alındığı (224 nəfər ölüb, 15 nəfər itkin düşüb - red.) Amatriçe şəhərinə baş çəkib. Ölkə başçısı şəhərdə olarkən növbəti yeraltı təkan baş verib.
Son məlumatlara görə, hadisə nəticəsində 290 nəfər dünyasını dəyişib, 400-ə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb, 2500-dən çox insan sığınacaqsız qalıb və hazırda çadır düşərgələrində yaşayır. Xilasedicilər 238 nəfəri dağıntılar altından qurtarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.