Dünya

Türkiyə və Aİ problemləri Ankarada müzakirə edəcəklər

27 Avqust 2016 13:27
0 Şərh     Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə və Avropa İttifaqı (Aİ) sentyabrın 9-da birgə maraqlar və narahatlıq doğuran məsələlərlə bağlı müzakirə aparacaqlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bəyan edib.

O bildirib ki, Aİ və Türkiyə arasındakı yüksək səviyyədə növbəti dialoq Ankarada baş tutacaq. Aİ-nin Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Yohannes Han, Türkiyə tərəfini isə XİN başçısı Mövlud Çavuşoğlu və Aİ məsələləri üzrə nazir Ömər Çelik təmsil edəcəklər.

F.Mogerini bildirib ki, tərəflər birgə maraqları və narahatlıqları əhatə edəcək bütün məsələləri müzakirə edəcəklər.

Avrokomissar öz növbəsində qeyd edib ki, Türkiyə Aİ-yə namizəd ölkədir və Avropa İttifaqının əsas tərəfdaşlarındandır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.