Dünya

Neftin qiymətini bahalaşdıran adam

27 Avqust 2016 13:37
0 Şərh     Baxış: 2 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dollar ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) rəhbərinin sədr müavini Stenli Fişer Cannet Yellenin dünənki açıqlamasında sentyabrda faiz artımına "açıq qapı" buraxdığını dedikdən sonra bahalaşıb.

Milli.Az bu barədə oxu.az-a istinadən xəbər verir. 

Yellenin açıqlamasından öncə dekabrda FED-in uçot faiz dərəcəsini artırması ilə bağlı 55% ehtimal var idisə, çıxışdan sonra bu rəqəm 62%-ə qalxıb. Bundan sonra isə dollar bir çox valyutalar qarşısında dəyər qazanıb.

FED-in sədr müavini S.Fişer CBNC-yə müsahibəsində bildirib ki, sentyabrda uçot faiz dərəcəsinin artırılması ehtimalı var. ABŞ valyutası Yellenin Mərkəzi Bankın faizləri mərhələli olaraq artıracağına işarət etməsindən sonra düşmüşdü.

Dollar 0,5% dəyər qazanaraq avro başına 1,1224 səviyyəsinə gəlib. Yen qarşısında isə 0,9% artışla 101,39 səviyyəsinə çatıb.

Analitiklər isə bildirirlər ki, C.Yellenin dünənki açıqlamaları daha çox uzunmüddətli perspektivi əhatə etdiyindən dollar digər valyutalar qarşısında ucuzlaşırdı, bu gün isə sədr müavinin açıqlamaları dolları, əksinə, bahalaşdırır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.