Dünya

"Putin eyham vurdu ki, Ermənistanı torpaqları qaytarmağa məcbur edə bilər..."

27 Avqust 2016 12:25
0 Şərh     Baxış: 4 156
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda üç maraqlı addım atdı. Birincisi, ən yaxın köməkçisi və Prezident Administrasiyasının rəhbəri Sergey İvanovu işdən azad edib daha aşağı vəzifəyə keçirdi. Daha sonra üç regionun qubernatorunu dəyişib onları özünün şəxsi mühafizəçiləri ilə əvəzlədi. İkincisi, Ukraynaya təzyiqləri artırıb Krımda S-400 sistemləri yerləşdirdi. Və nəhayət Putin eyham vurdu ki, Ermənistanı Qarabağın bir hissəsini Azərbaycana qaytarmağa məcbur edə bilər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Putinin son addımları haqda bu qənaətlə amerikalı analitik Corc Fridman equities.com saytında yer alan məqaləsində çıxış edib.

Müəllif yazır ki, Ermənistan Türkiyənin düşməni və ənənəvi olaraq Rusiyanın müttəfiqidir. Buna baxmayaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərindən sonra Putin Moskvada Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb və ona torpaqların qaytarılmalı olduğu haqda mesajı çatdırıb. "Bu, Rusiyanın siyasətində radikal  dəyişiklikdir", - müəllif yazır.

Xatırladaq ki, Putinin Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlardan 5-nin, yaxud keçmiş amerikalı həmsədr Metyu Brayzanın açıqladığı kimi, 2-nin Azərbaycana qaytarılmasına dair planı gündəmdədir. Metyu Brayzanın yazdığına görə, Putin Sərkisyanla Moskvadakı sonuncu görüşündə 2 rayonun qaytarılması, əvəzində Azərbaycanın Ermənistanla bütün nəqliyyat kommunikasiyalarını açması haqda təklifini çatdırıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.