Dünya

İtaliyada zəlzələ qurbanlarının sayı artır: 290 ölü - YENİLƏNİB

27 Avqust 2016 14:21
0 Şərh     Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:21

Avqustun 24-nə keçən gecə İtaliyanın mərkəzində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu gün xilasedicilər dağıntılar altından daha bir neçə nəfərin cəsədini çıxarıblar.

----------

07:11

Avqustun 24-də İtaliyada baş verən zəlzələ qurbanlarının sayı artmaqdadır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, artıq zəlzələ nəticəsində ölənlərin sayı 281 nəfərə çatıb, 400 nəfərə yaxın adam yaralanıb. Xilasetmə qüvvələri dağıntılar altından 200 nəfərin cəsədinin çıxarıldığı Amatris şəhərində axtarışları intensivləşdiriblər. İtkin düşmüş 30 nəfərə yaxın insanın tapılmasından sonra Peskara del Tronto kəndində axtarışlar dayandırılıb.

Hazırda 21-i uşaq olmaqla 181 cəsədin şəxsiyyəti müəyyənləşdirilib. Ölənlərdən ən balacası 5 ay yarımlıq, ən yaşlısı 93 yaşındadır. Həyatını itirənlər arasında altı rumın, üç britaniyalı, bir ispan, bir alban və bir kanadalı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.