Dünya

Məhbus həbsxanadan qaçıb arvadını güllələdi: özü intihar etdi - FOTO

26 Avqust 2016 15:48
4 Şərh     Baxış: 2 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Karamanda həbsxanadan icazə alaraq müvəqqəti çıxan Erdal Ersoy, boşanma mərhələsində olduğu yoldaşını öldürdükdən sonra intihar etdi.

Milli.Az ensonhaber-ə istinadən hadisənin təfərrüatını təqdim edir:
   
Narkotik alverində təqsirləndirilərək Konya həbsxanasında yatan Erdal Ersoy 17 avqust tarixində icazəli olaraq həbsxanadan çıxıb.

Əvvəllər yaşadığı Karamana gedən Erdal Ersoy dünən günorta saatlarında boşanma mərhələsində olduğu həyat yoldaşı Nazife Ersoya aid restorana baş çəkib. Boşanmaya görə Ersoy cütlükləri arasında mübahisə yaranıb. Mübahisə zamanı belindəki tapançanı çıxaran Erdal Ersoy yoldaşını "güllə yağışına" tutub. Başından, sinəsindən və qarnından güllələnən Nazife Ersoy qan içində yerə yıxılıb.

İNTİHAR ETDİ

Arvadını vurduqdan sonra tapançanı başına söykəyən Erdal Ersoy intihar edib. Hadisə yerinə polis və tibb yardım briqadası çağırılıb. Təcili tibbi yardım sonrası Nazife Ərsoyun öldüyü məlum olarkən, ağır yaralı olduğu müəyyən edilən Erdal Ersoy Karaman Dövlət Xəstəxanasına çatdırılıb. Həkimlər əllərindən gələni etsələr də cinayətkar ər də dünyasını dəyişib. Nazife Ərsoyun hadisə yerinə gələn yaxınları sinir krizi keçiriblər.

Yoldaşını vurduqdan sonra intihar edən Erdal Ərsoyun həbsxana icazəsinin dünən bitdiyi və təslim olmadığı üçün də fərari olaraq axtarışa verildiyi məlum olub. 

Təhməz Təkin

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.