Dünya

Türkiyədə dövlət çevrilişinə cəhd edən generalı öldürən hərbçiyə heykəl qoyuldu - FOTO

26 Avqust 2016 15:24
0 Şərh     Baxış: 1 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə iyulun 15-də dövlət çevilişinə cəhd zamanı Fətullahçı Terror Təşkilatı üzvlərinin açdığı atəş nəticəsində şəhid olan gizir Ömər Halisdemirin heykəli ucaldılıb.

Milli.Az report-a istinadən bildirir ki, abidə Mersin əyalətinin Toroslar rayonundakı Şəhidlər parkında qoyulub.
Heykəl müxalif Milliyyətçi Hərəkat Partiyasından olan Toroslar rayon bələdiyyəsinin sədri Hamit Tunanın təlimatı əsasında hazırlanıb.
İnformasiyaya görə, 13 günə tamamlanan heykəlin postamentlə birlikdə hündürlüyü 2,8 metr, abidənin öz hündürlüyü 1,8 metr, bütövlükdə kompleksin hündürlüyü 4,6 metrdir. 
Abidənin açılışı avqustun 30-da olacaq.
Xəbərdə bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin giziri Hamit Halisdemir iyulun 15-də dövlət çevirilinşə cəhd edənlərdən birini, general-polkovnik Semih Terziyi öldürüb. Bundan sonra o, dövlət çevrilişinə cəhd edən FETÖ-çülər tərəfindən qətlə yetirilib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.