Dünya

Türk nazirdən XƏBƏRDARLIQ - YENİLƏNİB

26 Avqust 2016 15:53
1 Şərh     Baxış: 2 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:53

Avropa İttifaqı oktyabrda Türkiyə vətəndaşları üçün vizanı ləğv etməsə, ciddi miqrasiya problemi ilə üzləşəcək. Trend "Haber Turk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.

O deyib ki, oktyabr ayına gözlənilən Türkiyə vətəndaşları üçün viza sisteminin ləğvi və readmissiya haqqında müqavilənin qüvvəyə minməsi mütləq həyata keçirilməlidir: "Bu olmasa, qaçqınlar problemi Avropa üçün ən böyük problem ola bilər".

Qeyd edək ki, martın 18-də Türkiyə-Aİ sammitində qəbul edilmiş sazişə əsasən, viza rejimi iyulun 1-dən ləğv olunmalıdır. Sazişin qüvvəyə minməsi üçün Türkiyə 72 bənddən ibarət öhdəlikləri həyata keçirməlidir. Öhdəliklərin əksəriyyətini yerinə yetirən Türkiyədən terrorizmlə bağlı müddəanın yumşaldılması tələb olunur. Türkiyə isə bunun qeyri-mümkün olduğunu hesab edir.

Avropa İttifaqı rəsmiləri isə bildirirlər ki, vizasız rejim üçün Türkiyə bütün şərtləri yerinə yetirməlidir.

----------

14:43

"Əgər Avropa İttifaqı (Aİ) viza rejimini ləğv etməyə razı olmasa, qeyri-leqal miqrantlarla bağlı problemlər qurumu ciddi narahat edəcək".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

O qeyd edib ki, Aİ miqrantlarla bağlı yaranmış vəziyyəti başa düşməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.