Dünya

YouTube-dan SÜRPRİZ!

26 Avqust 2016 13:25
1 Şərh     Baxış: 3 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

YouTube video platforması sosial şəbəkəyə çevrilə bilər.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, platformaya video ilə yanaşı, mətn, foto, səsvermə özəllikləri də artırılacaq.

YouTube-un bu addımı Facebook-un sürətlə böyüyən video xidmətinə cavab kimi dəyərləndirilir.

Video platformanın "Backstage" adlanan yeni xidməti, bir növ, xəbər lenti rolunu oynayacaq. İzləyicilər paylaşımlarla bağlı bildiriş alacaq, bu paylaşımları öz zaman tunellərində görə biləcəklər. Postları digər sosial şəbəkələrə də göndərmək mümkün olacaq.

"Backstage"in paylaşılanları tərs xronoloji sırayla göstərəcəyi deyilir.

Yeniliyin bu ilin sonunadək istifadəyə veriləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.