Dünya

Kılıçdaroğlunu o öldürmək istəyib – Başına bir milyon mükafat

26 Avqust 2016 13:29
0 Şərh     Baxış: 1 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun ölümdən döndüyü hücumu təşkil edən PKK qrupunun başında "Tarık" kod adlı Barış Öner dayanır.

Milli.Az publika.az-a istinadən bildirir ki, onun başına 1 milyon lirə (təxminən 350 min dollar) mükafat qoyulub.
 
Dünən Artvinə getmək istəyən CHP lideri avtomobil karvanının önündə olan əsgərlərin diqqəti sayəsində ölümdən dönüb. Pusqu quran PKK-çılar bir əsgəri şəhid edib, ikisini yaralayıblar. Avtomobil karvanına minaatan mərmisi atmağa hazırlaşan PKK terrorçusu Kılıçdaroğlunun yaxın mühafizəçisi tərəfindən zərərsizləşdirilib.
 
Hücumu təşkil edən qrupun başında təxminən 20 ildir PKK-da olan və Artvin qeydiyyatlı "Tarık" kod adlı Barış Önerin olduğu deyilir. Başına 1 milyon lirə mükafat qoyulan Önerin adı terrorçuların "yaşıl siyahısı"nda yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.