Dünya

İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 278 nəfərə çatıb - YENİLƏNİB

26 Avqust 2016 21:34
2 Şərh     Baxış: 2 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:34

İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı, son məlumata görə, 278 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə RAİ telekanalı xəbər verib.
 
Təbii fəlakət nəticəsində 387 nəfər xəsarət alıb.
 
Dağıdıcı zəlzələdən sonra İtaliyanın mərkəzində yeraltı təkanlar davam etməkdədir. Bölgədə axtarış-xilasedici əməliyyat davam edir.

----------

12:23

İtaliyada dağıdıcı zəlzələ qurbanlarının sayı 267-yə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə RİA Novosti ölkənin Mülki Müdafiə Xidmətinin nümayəndəsi İmakloan Postilyoneyə istinadən xəbər verib.

Onun sözlərinə görə, hazırda xəstəxanalarda 387 yaralı var. Faciə qurbanlarının sayı artmaqdadır. Xilasedicilər dağıntılarda axtarışları davam etdirirlər.

Qeyd edək ki, avqustun 24-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində zəlzələ baş verib. 6,1 bal gücündə olan yeraltı təkanların episentri L'Akuila şəhərindən 48 km şimalda olub. Seysmoloqların məlumatlarına görə, zəlzələ bölgəsində 650-yə yaxın yeraltı təkan qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.