Dünya

“Türkiyəyə daha dəhşətli hücum olacaq” – ŞOK SSENARİ

26 Avqust 2016 11:37
2 Şərh     Baxış: 2 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türkiyəyə Qaziantep terror hücumundan daha dəhşətli hücumlar edəcəklər".

Milli.Az publika.az-a istinadən bildirir ki, bu barədə təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş bordobereli Mete Yarar Türkiyədəki prosesləri şərh edərkən deyib.
 
Mete Yarar Türkiyəyə qarşı hücum ssenarisini açıqlayıb.
 
"Bundan sonra belə edəcəklər: Əvvəlcə ictimaiyyəti gərginləşdirəcəklər. Məqsəd sinirləri yerindən oynatmaqdır. Qaziantepdə toya hücum edildi. Bir ananın 4 övladı həyatını itirdi. Kədərli mənzərədir. Bir müddət bu istiqamətdə hücumlar olacaq. İnsanları ən zəif yerlərindən vuraraq, sinirləri ilə oynayırlar. Bu hücumun arxasından yeni hücumlar olacaq. Xüsusilə əllərində kalaşnikov avtomatları ilə ən önəmli məhəllələrdən birində hücum həyata keçirəcəklər", - deyə o bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.