Dünya

Ərəblərdən nefti bahalaşdıracaq açıqlama

26 Avqust 2016 11:48
0 Şərh     Baxış: 1 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dünya üzrə neft hasilatının dondurulmasına müsbət yanaşırıq".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Səudiyyə Ərəbistanının neft naziri Xalid Əl-Falih deyib. 
 
Neft naziri qeyd edib ki, OPEC-in gələn ay Əlcəzairdə keçiriləcək iclasında iştirak edəcək. İclasda neft istehsalının mövcud səviyyələrdə saxlanılması, neft istehsalçılarının bazar şərtləri müzakirə olunacaq. Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEC-in bəzi üzvlərinin aprel ayında Qətərin paytaxtı Doha şəhərində keçirilmiş toplantısında istehsalın dondurulması təkliflərini rədd edib.
 
Xatırladaq ki, bu ilin may ayından Səudiyyə Ərəbistanının neft naziri vəzifəsini icra etməyə başlayan X. Əl-Falih müsahibələrinin birində bildirib ki, həmkarlarının neft hasilatı ilə bağlı fikirlərini öyrənmək istəyir. Bununla belə həmin vaxt o, bu məsələ ilə bağlı təcili müdaxiləyə ehtiyacın olmadığını deyərək istehsalın azaldılmasının tərəfdarı olmadığını bəyan edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.