Dünya

Türkiyədə KİV-ə Şırnakdakı teraktla bağlı məlumat yaymaq qadağan olunub

26 Avqust 2016 11:35
0 Şərh     Baxış: 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə kütləvi informasiya vasitələrinə Şırnak vilayətində baş vermiş terror aktı ilə bağlı məlumat yaymaq müvəqqəti qadağan qoyulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Nazirlər Kabineti tərəfindən qərar qəbul olunub.

Qeyd edək ki, bu gün Şırnak vilayətində partlayış baş verib. Hadisə nəticəsində 9 nəfər ölüb, 60 nəfər isə yaralanıb.

İlkin məlumatlara görə, partlayışın arxasında PKK terror təşkilatı dayanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.