Dünya

ABŞ Rusiyanın genişmiqyaslı təlimlərindən narahatdır

26 Avqust 2016 10:04
2 Şərh     Baxış: 1 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli Rusiyanın Şimali Qafqazda keçirdiyi hərbi təlimlərdən narahat olduqlarını bildirib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, ABŞ səfiri bu haqda Gürcüstan KİV-lərinə verdiyi açıqlamada deyib.

"Biz Rusiyanın Şimali Qafqazda keçirdiyi genişmiqyaslı hərbi təlimlərdən narahatıq. Bu təlimlər şəffaf olmalıdır, bu məsələni Rusiya ABŞ-la razılaşdırmalıdır", - deyə ABŞ-ın Gürcüstandakı səfiri bildirib.

Xatırladırıq ki, Rusiya silahlı qüvvələrinin Cənub hərb dairəsinin hissələri 11 min əsgərin iştirakı ilə, raket və artilleriya birləşmələri də daxil olmaqla eyni vaxtda 18 poliqonda təlimlər keçirir. Təlimlər Krımda, Cənubi Osetiyada, Abxaziyada və Ermənistanda da keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.