Dünya

Hələbdə 11 uşaq bir anda həlak oldu - FOTO

26 Avqust 2016 09:52
9 Şərh     Baxış: 1 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın Hələb şəhərinin bombardmanları dünən də davam edib. Şəhərdəki müxalifət qüvvələrinin mövqelərinə prezident Bəşər Əsədə sadiq qoşunlar raket-bomba zərbələri endirirlər.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, şəhərin Bab əl Nəyrab səmtindəki 8 mərtəbəli yaşayış binasının top atəşinə tutulması nəticəsində 15 nəfər həlak olub. Onların arasında 11 uşaq var.

Suriya İnsan Hüquqları Mərkəzinin yaydığı məlumata görə, Bəşər Əsədin qoşunları Hələbdə dinc əhalini xüsusi amansızlıqla bombardman edirlər. Bu zaman klaster və kasset bombalarından geniş istifadə olunur.

Suriyada vətəndaş müharibəsi başlanandan bəri 292 min nəfər həlak olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.