Dünya

Kılıçdaroğlu canlı efirə qoşuldu: İLK AÇIQLAMA - VİDEO - FOTO

25 Avqust 2016 17:15
1 Şərh     Baxış: 1 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yaxşıyam, narahat olmayın. Karayolları binasındayam".

Milli.Az Milliyət-ə istinadən bildirir ki, bunu CHP lideri Kamal Kılıçdaroğlu bu gün ona edilən silahlı hücumdan sonra ilk açıqlamasında deyib.

Şafşata dönmək üçün hərəkət edən CHP kortejinə ikinci hücum olub. CHP lideri Kılıçdaroğlu Karayolları Region Müdürlüyünün binasına aparılıb. Buradan "CNN Türk"ə telefonla bağlanan Kılıçdaroğlu silahlı qarşıdurmayla bağlı: "Mənə görə kiminsə narahat olmağına gərək yox, yaxşı vəziyyətdəyəm. Yoldaşlarımızla birlikdə həmin ərazidən uzaqlaşdıq. Təhlükəsizlik işçiləri bizi bu anda Karayollarının olduğu binaya gətiriblər", - açıqlamasını verib.

Görüş proqramını ləğv etməyəcəyini söyləyən Kılıçdaroğlu: "Programımızı ləğv etmədik. Bələdiyyə binamız yeni inşa edildi, açılışına gedəcəyik. Hörmətli daxili işlər nazirimiz zəng etdi. Polis təyyarə göndərəcək, proqramımıza davam edəcəyik. Bir terrorla qarşı-qarşıya qaldım. Kaş ki, ölkəmizdə terror olmasa. Avtomobildə uzun müddət gözlədik", - deyib.

Daha sonra "A Xəbər"ə canlı olaraq bağlanan Kılıçdaroğlu hücumda bir şəhid olduğunu açıqlayıb. Kılıçdaroğlu: "Allahın verdiyi bir canımız var, o da bu vətən üçün fəda olsun. Bir şəhidimiz olduğu xəbərini aldıq. Avtomobildə bir xeyli gözlədik. Bu cür hadisələrdə geri addım atmağımız söz mövzusu ola bilməz. Prezident və baş nazir ilə danışdım, təşəkkür etdim", - sözlərini deyib.

Təhməz Təkin

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kılıçdaroğlu canlı efirə qoşuldu:İLK AÇIQLAMA

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.