Dünya

UEFA mövsümün ən gözəl qolunu seçdi, Ronaldunu yada salmadılar - VİDEO

25 Avqust 2016 17:09
5 Şərh     Baxış: 1 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA 2015-16 mövsümünün ən gözəl qolunu seçib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, aparılan səsvermənin nəticəsinə görə, ən gözəl qolun müəllifi "Barselona"nın hücumçusu Lionel Messi olub.

Onun Çempionlar Liqasının qrupunda "Roma"nın qapısından keçirdiyi top 34 faiz səs toplayıb. Səsvermədə iştirak edən 215 min 417 nəfərdən 73 min 331-i Leonun qolunun ən gözəl olduğu qənaətinə gəlib. Argentinalını 13 faizlik səslə futzal üzrə Portuqaliya yığmasının lideri Rikardinyo izləyib. İlk "üçlüy"ü isə İsveçrə yığmasının heyətində Avropa çempionatında gözəl qola imza atan Xerdan Şaqiri (11%) qapayıb.
 
Səsvermənin nəticəsinə görə, Kamil Ebili (qadın futbolçu: 11%), Saul ("Atletiko": 11%), Marek Hamşik (Slovakiya: 8%), Ştefan Lixtştayner ("Yuventus": 5%), Xuan Kuadrado ("Yuventus": 5%), Qonsalo İquain ("Napoli": 1%) və "Barselona"nın gənclər komandasının üzvü Karles Alena (1%) ilk "onluq"da növbəti yerləri tutublar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

UEFA mövsümün ən gözəl qolunu seçdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.