Dünya

Ucuz yanacaq tapıldı

25 Avqust 2016 12:01
0 Şərh     Baxış: 2 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Los Alamos Milli Laboratoriyası və Yaponiyanın Qabaqcıl Sənayə, Elm və Texnologiya İnstitutunun tədqiqat qrupu polimer əsaslı ucuz yanacaq əldə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, fosfat-dördüncü ammonium ion-cütündən hazırlanmış bu yanacaq elementleri 80 və 200 selsi dərəcə temperaturda suyun təsiri olmadan hərəkət edə bilir. Tədqiqat qrupu müəyyən edib ki, reaksiya zamanı fosfat-dördüncü ammonium ion-cütü proton daşınmasına suya nisbətən daha güclü təsir göstərə bilir. Nəticədə davamlı, effektiv və daha ucuz yanacaq hazırlamaq mümkün olur.

Qeyd edək ki, Los-Alamos laboratoriyası 1970-ci ildən yanacaq elementlərinin tədqiqatı üzrə liderdir. Yeni tədqiqat ölkənin enerji təhlükəsizliyinə, aşağı neft istehlakı ilə ətraf mühit və iqtisadiyyata kifayət qədər öz töhfəsini verə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.