Dünya

Karkamış sərhədindəki türk tankları Suriyaya girdi - YENİLƏNİB

25 Avqust 2016 13:17
4 Şərh     Baxış: 2 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:17

Milli.Az bildirir ki, Karkamış ilə Cerablus arasında partlayışlar qeydə alınıb.

11.35-də meydana gələn partlayışın səbəbi kimi, mina təmizləyən texnikanın İŞİD tərəfindən əvvəllər Türkiyə sərhədinə yaxın ərazilərə döşədikləri mina və kustar üsulla hazırlanmış partlayıcı qurğuların partladılması qeyd edilib.

---------

10:53

Tanklar Suriya ərazisinə girdikdən sonra ikili-üçlü qruplar halında gözləməyə başlayıb.

Milli.Az bildirir ki, səhər saatlarında Cerablus istiqamətindən yenidən ağır artilleriyadan açılan atəş səslərinin eşidildiyi, lakin bir müddətdən sonra bu səslərin tamamilə kəsildiyi bildirilir. Az öncə isə kiçik həcmli partlayışlar olduğu və bunun ardından Cerablusa yaxın ərazidən havaya qara tüstünün qalxdığı müşahidə edilib.

Türkiyə tərəfindən isə hər hansı bir atəş açılmadığı söylənilir.

---------

10:45

Karkamış sərhədindəki tanklar bu səhər Suriyaya girib.

Milli.Az Türkiyə KİV-inə istinadən bildirir ki, Karkamış sərhədində gözləmə mövqeyində olan bəzi tanklar və digər zirehli texnikaların sərhədi keçərək Suriyaya doğru irəlilədiyi görünüb.

Təhməz Təkin

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.