Dünya

İtaliya yenə silkələndi, fövqəladə vəziyyət - YENİLƏNİB

25 Avqust 2016 17:41
1 Şərh     Baxış: 2 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:41

İtaliyanın Amatriçe şəhərində 4,3 bal gücündə yeni yeraltı təkan qeydə alınıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yeraltı təkan nəticəsində yeni dağıntılar olub. 

Qeyd edək ki, ötən gün İtaliyanın mərkəzi hissəsində 6 bal gücündə zəlzələ olub. 

-----------

12:33

İtaliyada gün ərzində 463 yeraltı təkan qeydə alınıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, yeraltı təkanların yalnız ikisinin gücü 5 bal olub. 

İtaliyada zəlzələ baş verdiyi bölgədə fövqəladə vəziyyət rejimi tətbiq ediləcək. Bu barədə elan bu gün axşam İtaliyanın Nazirlər Şürası tərəfindən keçiriləcək iclasdan sonra veriləcək.

Trend məlumat verir ki, bu barədə İtaliyanın "Repubblica" qəzeti yazır. 

İclasda həmçinin təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına və zərər çəkənlərə yardım məqsədi ilə 50 milyon avro ayrılması haqqında qərar verilməsi gözlənilir.

---------

09:45

Bu gün səhər saatlarında İtaliyada yenidən yeraltı təkanlar olub.
Milli.Az Reuters-ə istinadən bildirir ki, Avropa-Aralıq Dənizi Seysmologiya Mərkəzindən verilən məlumata görə, Rixter şkalası ilə 4,2 bal gücündəki zəlzələnin episentri Romadan 55 km şimal-şərqdə, L-Akakulya şəhərindən 52 km şimalda olub. Episentr 2 km dərinlikdə idi.
Dağıntılar və tələfat barədə hələlik informasiya yoxdur.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.