Dünya

Viran qalmış şəhərdə qışqırtı: "O, sağdır!" - FOTO

25 Avqust 2016 10:14
4 Şərh     Baxış: 3 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"O sağdır! Gəlin buraya! Tez! Qaldırın daşları! Kömək edin!"
İtaliyanın üç vilayətini vurmuş dəhşətli zəlzələ nəticəsində viran qalmış şəhərlərdən olan Peskara del Trontoda dünən axşam saatlarında bu qışqırıq eşidildi.

Milli.Az European-a istinadən bildirir ki, xilasedicilər və polislər hadisə yerinə yüyürüblər. Xilas başlanıb, darmadağın olmuş evin daşları, dəmirləri bir kənara atılıb.
"Culiya! Eşidirsən bizi, Culiya?! Qorxma, gəlirik. Səni xilas edəcəyik!" - Askoli Piçeno şəhərindən olan yanğınsöndürən Danilo Dionisi deyib.

Xarabazarlığın altında 17 saat qalmış 10 yaşlı Culiya çıxarılıb.
Şəhərdə həlak olanlar arasında Pedro Ancelonun ailəsi də var. Pedro, onun xanımı, 9 yaşlı oğlu və 8 aylıq qızı 16 saat xarabalıq altında qalıblar.

Onların cəsədləri daşların altından çıxarılandan sonra zəlzələdə həlak olanların nəşlərinin yığıldığı uşaq-əyləncə parkına aparılıb.
"Amatriçe" otelinin dağıntıları altında 70 nəfərin qaldığı deyilir. Onların arasında sağ qalanlar da var. Hər halda 11 yaşlı oğlanın səsi hələ də daşların altından gəlir.

İtaliyadakı dəhşətli zəlzələdə həlak olanların sayı 250 nəfərə çatıb.
193 nəfər Rieti, 57 nəfərsə Askoli-Piçeno vilayətində həlak olub.

Avqustun 24-də 6 bal maqnitudalı ilk təkan yerli vaxtla saat 03:36-da  Lasio, 5,4 maqnitudalı ikinci təkan isə bir saat sonra Umbriya vilayətində baş verib.
Lasio, Umbriya və Marke vilayətlərini vurmuş zəlzələ Akuumoli, Amatriçe, Posta, Peskara-del-Tronto və Arkuata del Tronto şəhərlərini viran qoyub.

Təkanlar paytaxt Romada da hiss olunub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Viran qalmış şəhərdə qışqırtı:

Viran qalmış şəhərdə qışqırtı:

Viran qalmış şəhərdə qışqırtı:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.