Dünya

Gülən ekstradisiya olunur? - Co Baydendən AÇIQLAMA

24 Avqust 2016 15:01
0 Şərh     Baxış: 1 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Türkiyədə səfərdə olan ABŞ vitse-prezidenti Co Bayden Türkiyə Böyük Millət Məclisində olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hərbi çevriliş cəhdi zamanı parlamentin bombalanan hissələrini gəzən C. Bayden gördüklərinin ona ABŞ-dakı 11 sentyabr olayını xatırlatdığını söyləyib.
 
C. Bayden Türkiyə parlamentinin sədri İsmayıl Qəhrəmanla görüşdə isə hazırda ABŞ-da yaşayan Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsinə toxunub: "Kaş Fətullah Gülən başqa ölkədə olaydı. ABŞ-a Fətullah Gülən haqqında sübut çatdırılmayıb. Fətullah Gülənin ekstradisiyasına ABŞ Federal Məhkəməsi qərar verəcək".
 
C. Bayden daha sonra Türkiyə baş naziri Binəli Yıldırımla görüşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.