Dünya

Ərdoğandan gözlənilən Suriya BƏYANATI - YENİLƏNİB

24 Avqust 2016 13:26
3 Şərh     Baxış: 6 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:26

"Türkiyəni parçalaya, diz çökdürə bilməyəcəklər".

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü çıxışında deyib. 

Prezident vurğulayıb ki, Türkiyə ölkə qarşısındakı bütün təhdidləri aradan qaldıracaq: "Türkiyəni parçalaya bilməyəcəksiniz, bu ölkəni diz çökdürə bilməyəcəksiniz, bu xalqa boyunduruq vura bilməyəcəksiniz".

R.T.Ərdoğan Suriyada terrorçuluğa son qoymağın vaxtı çatdığını deyib:

"Suriya xalqı ölkənin gələcəyi barədə özü qərar verməli və rəhbərliyini seçməlidir. Türkiyə əvvəlki kimi Suriyanın ərazi bütövlüyünü dəstəkləyir".
Dövlət başçısı əlavə edib: "Bu gün bizi terror təşkilatları və qiyamçılarla mübarizədə tək qoyanlar eyni problemlərlə qarşılaşanda yardım istəmək üçün üzləri olmayacaq. 12, 13, 14 yaşında uşaqları terrorçu kimi yetişdirirlər. Bunlar lənətlidirlər. Qaziantepdəki son terror hücumu artıq səbr kasamızı daşdırdı".

--------

12:56

"Suriyada terrorçuluğa son qoymağın vaxtı çatıb".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Onun sözlərinə görə, Türkiyə ölkə qarşısındakı bütün təhdidləri aradan qaldıracaq. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.