Dünya

Suda batan qızlarını xilas etmək istəyən ata boğuldu - FOTO

24 Avqust 2016 12:16
2 Şərh     Baxış: 8 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə bir ailəni başına gələn bu dəhşətdən danışır.

Milli.Az Türkiyə KİV-inə istinadən bildirir ki, Sivasda su anbarında boğulan qızlarını xilas etmək üçün suya atılan 55 yaşlı Zəki Çingiz boğularaq həyatını itirib.

HADİSƏNİN TƏFƏRRÜATI

Faciə ötən gün saat 17 radələrində baş verib. Ailəsiylə birlikdə anbar gölünün sahilində gəzən 10 yaşlı Hürnaz Özbək suya düşüb. Qızının boğulduğunu görən 28 yaşlı ana Rabia Özbək və 24 yaşlı xalası Serpil Kəpənək uşağı xilas etmək üçün suya tullanıblar. Azyaşlı qızı xilas edən ana və bacısı özləri sahilə çıxmaqda çətinlik çəkiblər. Qızlarını xilas etmək istəyən Zəki Çingiz suya girib. Köməyə qaçan başqa şəxslər Rabia Özbək və bacısı Serpil Kəpənəyi sudan çıxarsalar da, axına düşən Zəki Çingiz gözdən itib.

Həyəcan siqnalından sonra hadisə yerinə gələn xilasetmə dəstələri axtarışa başlayıb. Təxminən saat yarımlıq axtarış öz nəticəsini verməyib.

Bir müddət sonra hadisə yerindən 1.5 kilometr məsafə aralıda, su kənarında bir kişi cəsədinin olduğu barədə xəbər yayılıb. Aparılan araşdırma sonrası cəsədin Zəki Çingizə aid olduğu müəyyən edilib.

Təhməz Təkin

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.