Dünya

Rza Zərrabın azadlığa çıxması üçün şans

24 Avqust 2016 10:12
2 Şərh     Baxış: 2 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab 11 vəkilin imzası ilə ittihamların düşürülməsi tələbini irəli sürüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, tələb sənədində "Zərrabın ABŞ vətəndaşı olmaması, ABŞ-da birbaşa şəkildə iş görməməsi" səbəbi ilə onun ABŞ qanunlarını pozmaqda ittiham edilməsinin düzgün olmadığı qeyd edilib.

Hakim Bharara Zərrabı ABŞ-ın təhlükəsizliyini pozmaqda günahlandırsa da, vəkillər ortada "Beynəlxalq təhlükə"yə aid bir şeyin olmadığını sübut ediblər.

Zərrabın vəkilləri müvəkillərinin Mayami hava limanında həbs olunarkən mobil telefonunu gömrük işçisinə verdiyini, həmin işçinin bunu FBI ilə paylaşdığını vurğulayaraq bəzi məlumatların "qanundan kənar əldə edildiyi"ni irəli sürüblər.

R.Zərrabın vəkillərinin bu iddialarına sentyabrın 6-da baş tutacaq məhkəmədə cavab veriləcək. Müğənni Ebru Gündeşin həyat yoldaşı olan Rza həmin məhkəmədən sonra sərbəst buraxıla bilər. Əks təqdirdə isə məhkəmə 2017-ci ilin yanvarında davam etdiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.