Dünya

Ərdoğan yavərini qovdu

31 İyul 2016 10:56
1 Şərh     Baxış: 1 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FETO terror təşkilatına üzv olmaqda şübhəli sayılan daha 1389 hərbçi Türkiyə ordusundan uzaqlaşdırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı qərar bu gün "Resmi qazete"də dərc edilib.
 
Ordudan uzaqlaşdırılanların mütləq əksəriyyəti - 1196 nəfəri Jandarma Qüvvələrinin mənsublarıdır. Konya, Kastamonu bölgə komandanları da daxil olmaqla, 18 jandarma generalı ordudan uzaqlaşdırılıb. Ordudan ixrac edilənlər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yavəri (hərbi müşaviri) Ali Yazıçı və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı rəisi Hulusi Akarın yavəri Levent Türkkan da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.