Dünya

“İncirlik” aviabazası mühasirəyə alındı - FOTO

31 İyul 2016 09:40
0 Şərh     Baxış: 3 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə NATO-nun istifadəsində olan  "İncirlik" hərbi-hava bazası ölkənin güc strukturlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hərbi obyektin giriş-çıxışı yerli vaxtla 23.00-da bloklanıb. Hazırda aviabaza güc strukturlarının 7 minədək əməkdaşları tərəfindən mühasirəyə alınıb. Bazanın bütün giriş və çıxışları nəzarətə götürülüb.  
 
Türkiyənin Avropa məsələləri üzrə naziri Ömər Çelik  "Twitter" səhifəsində bildirib ki, aviabazada təhlükəsizlik sistemlərinin yoxlanışı həyata keçirilib: "Mən hazırda Adanadayam... Biz təhlükəsizlik sistemlərinin ümumi yoxlanışını həyata keçirdik. Heç bir problem müəyyən edilməyib", - deyə Çelik qeyd edib.   
 
"Haber Turk" aviabazanın bloklanmasını ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri Cozef Danfordun bu günə nəzərdə tutulmuş səfəri ilə əlaqələndirib. Onun Ankarada bir sıra ikitərəfli görüşlər keçirəcəyi və "İncirlik" aviabazasında xidmət aparan Amerika hərbçilərinə baş çəkəcəyi nəzərdə tutulub. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.