Dünya

“İzvestiya” erməninin holdinqindən ayrılır

30 İyul 2016 23:58
0 Şərh     Baxış: 1 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aram Qabrielyanovun "News Media" holdinqi gələn həftənin birinci günündən "İzvestiya" qəzetini nəşr etməyəcək.

Milli.Az modern.az-a istinadən bildirir ki, qəzetin öz hüquqi şəxsi, ofisi və baş direktoru olacaq.
"İzvestiya" qəzeti Milli media qrupa (MMQ, prezidenti Kirill Kovaçukdur, iş adamı Yuri Kovalçukun qardaşı oğlu) daxildir. Ancaq qəzetin nəşrini 2011-ci ildən "News Media" ( ona "Life" telakanalı, Super.ru və Marker.ru saytları daxildir) həyata keçirirdi.
Avqustun 1-dən qəzet əvvəlki hüquqi şəxsə - "İzvestiya" Qəzeti" Açıq Səhmdar Cəmiyyətinə qayıdır.
"İzvestiya"nın artıq öz baş direktoru - Aleksey Plotnikov olacaq. O, əvvəllər "Xerox Rossiya"da marketinq üzrə direktor postunu tutub. Qabrielyanov bu xəbəri şərh etməyib.
Aram Qabrielyanov 1961-ci il avqustun 10-da Dağıstan respublikasının Dərbənd şəhərində anadan olub. Milliyətcə ermənidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.