Dünya

Ərdoğan Facetime ilə danışdığı qadın və qızı ilə görüşdü – VİDEO - FOTO

30 İyul 2016 22:32
0 Şərh     Baxış: 4 454
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15 iyulda Türkiyədə çevrilişə cəhd prosesi zamanı "CNN Türk"də canlı yayımda Rəcəb Tayyb Ərdoğanla "FaceTime" proqramı vasitəsilə əlaqə saxlayan və hadisələrin gedişatının dəyişməsində mühüm rolu olan jurnalist Hande Fırat və qızı Beştepedə ölkə prezidentilə görüşüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, jurnalist Ərdoğan və qızı ilə çəkilmiş fotosunu Tvitter hesabında paylaşaraq "Cənab prezident bizi qəbul etdi. Ona çox təşəkkür edirik" deyə yazıb.

Qeyd edək ki, Hande Fırat reportajlarından birində R.T. Ərdoğanla əlaqə saxlamasında qızının böyük əməyi olduğunu bildirib. Onun sözlərinə görə, məhz "FaceTime"ı onun telefonuna qızı yükləyib. İndiyə qədər  "FaceTime"dan istifadə etməyən jurnalist bu hadisədə həmin proqramın köməyinə çatdığını ifadə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.