Dünya

​Braziliyada silahlı şəxs 5 nəfəri girov götürdü

30 İyul 2016 19:53
0 Şərh     Baxış: 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyada silahlı şəxs 5 nəfəri girov götürüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hadisə ölkənin qərbində yerləşən San-Paulu şəhərində, cinayətkar qrup üzvlərinin yaxınlıqdakı mağazanı qarət etmək istəyərkən baş verib. Polis cinayətkarları hadisə yerindəcə izinə düşüb. Bundan sonra atışma başlayıb.
Quldurlardan 5-i qaçıb, 1-i isə yaxınlıqdakı kafeyə daxil olaraq kafenin işçilərini və müştərilərini girov görürüb.
Məlumata görə, girov götürülənlərdən ikisi kişi və üçü isə qadındır.
Hazırda polis onların azad edilməsi ilə bağlı danışıqlar aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.