Dünya

Ərdoğandan vacib qərar - Onu təhqir edənləri bağışladı

30 İyul 2016 16:11
0 Şərh     Baxış: 2 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, onu təhqir etmiş şəxslərə qarşı məhkəmə iddialarını geri götürür.

Qafqazinfo-nun BBC-yə istinadən verdiyi məlumata görə, Ərdoğan deyib ki, o, son çevrilişə cəhd zamanı birlik havasından ilham alıb. Lakin o, eyni zamanda, çevrilişə cəhddən sonra görülən tədbirlərə görə onu tənqid edən xarici dövlətlərə "öz işinizlə məşğul olun" deyib.

"Mənə qarşı olan hörmətsiz təhqirlərə görə bütün məhkəmə iddialarını geri götürürəm", - deyə Ərdoğan Prezident sarayında bildirib.

Onun sözlərinə görə bu, sadəcə, bir dəfə atılan xoşniyyətli addımdır.

Bu ilin əvvəli, rəsmilərin bildirdiyinə görə, təxminən 200 nəfər bu cür iddialarla üzləşib.

Türkiyə prezidenti, həmçinin son həbsləri tənqidə də münasibət bildirib: "Bəzi insanlar bizə məsləhət verir. Onlar narahat olduqlarını deyirlər. Öz işinizlə məşğul olun!"

BBC xatırladır ki, Türkiyə Daxili İşlər Nazirliyinin cümə günü bildirdiyinə görə, çevrilişə cəhddən sonra 18000 insan həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.