Dünya

Dünyanın ən təhlükəli 23 mafiyası - FOTOLAR

30 İyul 2016 14:02
1 Şərh     Baxış: 3 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gecəqondu məhəllələrinin qənimi olan bu qrupun 100.000 üzvü var.

Milli.Az azerinews.tv-ə istinadən bildirir ki, əvvəllər təşkilat üzvləri tanınmaq üçün saçlarını qanla yuyurdu. Digər qruplar fərqlənmək üçün geyim və ya döymədən istifadə edir. Bu mafiya isə özünü təsdiq üçün bir neçə insanın başını çubuğun ucuna taxıb.

Los Zetas:

Dünyanın ən güclü narkotik şəbəkələrindən biridir. Los Zetasın adı bu günə qədər çox sayda qaranlıq hadisələrdə hallanıb. Şəbəkənin fəaliyyətinin əsas mərkəzi Meksika olsa da, artıq sərhədləri daha çox genişlənib. Buna görə Amerika hökuməti tikan üstündə oturub.

Hell's Angels:

Dünyaca tanınan ən məşhur motosiklet təşkilatıdır. Qəddarlıqları ilə ad qazanan bu qrup bir çox mafiya və cinayət təşkilatları ilə qeyri-qanuni əməkdaşlıq edib. Lakin Hell's Angels bu formada xatırlanmaq istəmir. Onların müdafiə etdiyi tezis, zorakılığın və qanunsuzluğun həyat mirası olduğu və pulu yaşamaq üçün vasitə olaraq işlətdiklərini sübut etməkdir.

Yakuza:

Ünü ölkə sərhədlərini aşan, bir çox filmin süjet xəttini təşkil edən Yapon mafiyasıdır. Təşkilata üzv olmaq istəyən hər kəs ailəsi ilə bütün əlaqələrini kəsmək məcburiyyətindədir.

Mara Salvatrucha (MS-13):

Dünyanın ən sərt və qəddar mafiyalarından biri olan MS-13 digərləri kimi narkotik işi ilə məşğuldur. 1980-ci ildə ölkədaxili problemlərdən qaçan bir qrup El Salvador vətəndaşı Kaliforniyada mafiya yaradır və bu gün həmin qrupun 700.000 üzvü var. Qadın və uşaqlara etdikləri cinayətlərlə insanların canına qorxu salıb.

Mongols:

Hell's Angels-ə bənzəyən bu qrup həmkarları ilə düşməndir və bu düşmənçilik şiddətli qarşıdurmalara səhnə olur.

Russian Mob:

Təşkilatla bağlı bildiyimiz ən fərqli şeylərdən biri öldürdükləri insanların sadəcə düşmənləri deyil, həm də öz üzvləri olmağıdır.

Triads:

2.5 milyondan çox üzvü olan bu qrup dünyanın ən böyük cinayət təşkilatlarından biridir.

18th Street Gang:

Los Ancelesdə adi bir gündə hər hansı bir adamın bu qrup tərəfindən hücuma uğraması elə də qeyri-adi hadisə deyil. 10 il ərzində ən ciddi düşmənləri Bloods, Crips və MS13 ilə qanlı mübarizə verməsinə baxmayaraq, son zamanlarda düşmən şəbəkələrin bir çox üzvünü öldürüb.

Bloods:

Qırmızı geyimləri və ən böyük düşmənlərinin Crips olmasıyla tanınan bu şəbəkə əslində əvvəllər Cripsin içində yaranıb. Öz qruplarını yaratdıqdan sonra düşmənlərinin sayı 3 dəfə artıb.

Almighty Black P. Stone Nation:

Ağır İslami keyfiyyətləri olan Çikaqo təşkilatıdır. Lideri Abdullah Malik, lakin əsl adı Ceff Fort olan dəstə başçısı müxtəlif vasitələrlə Muammer Qəddafi ilə tanış olub. FBI tərəfindən izlənilən dəstələrdən biridir.

Texas Cinayət Təşkilatı:

Texas Cinayət Təşkilatı əslində kiçik olmayan müttəfiqləri ilə birlikdə nisbətən kiçik qrupdur. Əməkdaşlıq etdiyi digər təşkilatların adına da cinayətlər törədib.

Cosa Nostra:

Məşhur Amerikan mafiyasının təməli Siciliyada qoyulub. Qrupun daxili qaydaları sərt və amansızdır. Üzvlərdən biri qaydaları pozarsa, cəzası ölüm olur.

IRA (İrlandiya Respublika Ordusu):

Bu günə kimi bir çox terrorda adı çəkilən və saysız-hesabsız insanın ölümünə səbəb olan təşkilatın məqsədi Şimali İrlandiyada İrlandiya Respublikası təsirlərini və izlərini təmizləməkdir.

James-Younger Gang:

Qrupun ən yaxşı bacardığı iş pul oğurlamaqdır.

Area Boys (Agberos):

Nigeriyanın mafiya dəstəsi olan bu qrup qəsb və narkotik işləri ilə məşhurdur.

Black Guerrilla Family:

1966-cı ildə qurulan bu şəbəkənin əsas hədəfi ABŞ hökumətini devirməkdir. Saysız müttəfiqi olan dəstənin bir o qədər də düşməni var.

Wah Ching:

Bu beynəlxalq dəstənin qaynağı mübahisəli olsa da, bacardıqları ən önəmli iş pul qazanmaqdır.

Latın Kings:

Çox detallı konstitusiyası olan qrup digərləri kimi zorakılığa meyilli deyillər. Burada əsas tezis bərabərlikdir.

La Nuestra Familia:

Dünyanın ən böyük Meksika mafiyasıdır. Ayaqqabı oğurluğu hadisəsindən sonra yaranan qrupun ən böyük xüsusiyyəti sədaqətli olmalarıdır. Bir adam bütünlükdə dəstəyə üzv olmaq istəyirsə, 2 il gözləməlidir.

Aryan Brotherhood:

ABŞ-da baş verən cinayətlərin 25%-də adı çəkilən qrupun üzvü olmaq istəyirsinizsə, eyni həbsxanada qaldığınız bir məhbusu öldürmək ya da ən azından zərər vermək məcburiyyətindəsiniz.

Crips:

16 il əvvəl kiçik bir dəstə olsa da, indi dünyanın barmaqla sayılan cinayət təşkilatlarından biridir.

Primera Comando da Capital (PCC):

Sao Paoloda bütün həbsxana sistemini əlində saxlayan bu dəstə adam qaçırma kimi qorxulu işləri ilə məşhurdur. 2006-cı ilin mayında az qala bütün Sao Paolo şəhərini bir həftə ərzində mühasirədə saxlayıb. Həmin vaxt dəstə üzvləri polis məmurlarını vəhşicəsinə öldürüb, hökumət binalarını yandırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.