Dünya

""Tərpənən olsa, vur" əmrini verdi"

30 İyul 2016 13:16
2 Şərh     Baxış: 3 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15 iyul Türkiyədə çevriliş təşəbbüsü zamanı hərbçilərin TRT kanalına basqın etməsi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, hadisələr baş verən gecə TRT binasına hücum edən qiyamçılar bəyannaməni diktor Tijən Karaşa oxudub. Məlumata görə, bəyannaməni oxumaq əmri verən podpolkovnik Ümid Gənçər səhv edilməməsi üçün bəyanatı 20 dəfə təkrar etdirib.

Baş verənlərlə bağlı Tijən Kara da danışıb. Diktor öz ifadəsində "Bizi tək sıra ilə rejissor otağına düşürdülər və yerə uzatdılar. Sizi və Türkiyəni İŞİD terror təşkilatından qorumaq üçün buradayıq dedilər. Daha sonra Gənçər buradakı heç kəsə güvənmirəm, aranızda satqın ola bilər dedi və bir əsgərə "tərpənən olsa vur" əmrini verdi" deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.