Dünya

Bülənt Arınç jurnalistləri hədələdi: "Əxlaqsızlıqdan və qurduqları hiylələrdən xəbərim var"

30 İyul 2016 12:09
0 Şərh     Baxış: 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

TBMM-in keçmiş sədri Bülənt Arınç saxlanılan yaxını ilə əlaqədar Tvitter-də açıqlama yayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Arınç 15 iyul hərbi çevrilişə cəhdə görə başlanan əməliyyatlar çərçivəsində saxlanılan yaxını Ziya Tayın yaxşı insan, millətçi, vətənpərvər olduğunu qeyd edib:
 
"Ziya Tay gözəl insan, yaxşı ailə başçısıdır. Çox əziyyət çəkib, bu yerlərə paraşütlə düşməyib. Mən ədalətə güvənirəm və tezliklə onun azad olunacağına inanıram".
 
Arınç onun əleyhinə tənqidi yazılar yazan jurnalistlərə də cavab verib:
 
"Qələmi və kəlamı kin, nifrət qusanlara səslənirəm. Sizdən və çirkin niyyətinizdən əsla qorxmuram! Ankarada, İstanbulda, xüsusilə Bursada 3-5 adamın etdiyi bu əxlaqsızlıqdan və qurduqları hiylələrdən xəbərim var. Hamısını bilir və hər sətrini qeyd edirəm. Buna görə ədalət qarşısında cavab verəcəksiniz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.